Сообщения

Yaşıllıqların yaradılması aksiyası

Изображение
         AĞACLARI QORUYAQ                       Nazirliyin əməkdaşları ilə birgə jurnalistlər, ekoloqlar və ictimaiyyət nümayəndələri də iştirak edib. Aksiyada 5000 ədəd Eldar şamı, sərv, tuya, akasiya, zeytun ağacları əkilib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.ETSN bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.   Biz birlikdə ağacları əkib həm    oksigenimizi artıra  həm də ətraf  mühiti şüalardan qoruya bilərik. Bu aksiyada bizə...

Şüalanmanın növləri.

Изображение
    Şüalanmanın növləri.                         ↓                Rentgen,Radiasiya,ionlaşdırıcı,               radioaktiv,rentgen, ultrabənövşəyi        Ultrabənövşəyi  şüalanma (ing. ultraviolet, UV) —  dalğa uzunluğu  10-400  nanometr  arasında şüalanmadır. İnsan gözü 400-700 nanommetr dalğa uzunluqlarına həssasdır və bu spektrin xaricindəki şüaları görə bilmir. Gözün görə bildiyi ən kiçik dalğa uzunluqlu şüalanma bənövşəyi olduğundan, ondan daha kiçik dalğa uzunluğuna sahib olan şüaya "ultra bənövşəyi" adı verilmişdir.                 Rentgen şüaları -  Vilhelm Rentgen  tərəfindən kəşf edilmiş (1895) və X-şüaları ( İks şuaları ) adlandırılmışdır. Elektromaqnit dalğalarının şkalasında spektr...

Şüalanmanın qarşısını necə ala bilərik

Изображение
      Şüalanmanın qarşısını necə ala bilərik Xarici radiasiya təhlükəsindən qorunmanın üç yolu vardır. Bunlardan birincisi məsafədir. Mənbələrdən yayılan radiasiyanın şiddəti məsafənin kvadratı ilə tərs mütənasib olduğundan mənbədən mümkün qədər uzaqlaşmaq ən yaxşı qorunma yoludur.İkincisi zamandır. İnsanların məruz qalacaqları şüalanma dozasının miqdarı radiasiya mənbəyinin yanında sərf edilən zamanla mütənasib olaraq artdığından mənbə yaxınlığında qalma müddətini mümkün qədər azaltmaq lazımdır.Xarici radiasiya təhlükəsindən qorunmanın üçüncü yolu qoruyucu sədlərdir. Təhlükədən qorunmaq üçün müvafiq sədlərin arxasına sığınmaq lazımdır.Müxtəlif maddələrin şüalanmanın doza gücünü azaltma qabiliyyətləri müxtəlifdir. Məsələn, qamma-şüalanmadan ən yaxşı qorunma səddi qurğuşun, polad və betondur.Radioaktiv mənbələrin açıq şəkildə istifadəsi və daşınması yol verilməzdir.   Yaşıllıqları artırmaqnan şüalanmanın  qarşısını ala bilərik.Bəs siz...

Şüalanma zərərləri

Изображение
            Şüalanmanın zərərləri Şüalanmanın insan orqanizminə mənfi təsirləri  İonlaşdırıcı şüalar    canlı orqanizmdə müxtəlif radiobioloji effektlərlə nəticələnən fiziki-      kimyəvi reyaksiyalara səbəb olur. Bu reyaksiyaların orqanizmə        göstərdiyi mənfi təsir şüalanmanın səviyyəsindən asılıdır.            Şüalanma orqanizmə təsir etdikdə orqanizmin istənilən toxumasında bir sıra kimyəvi və biokimyəvi proseslərə səbəb olur.