Şüalanmanın qarşısını necə ala bilərik
Şüalanmanın
qarşısını necə ala bilərik
Xarici
radiasiya təhlükəsindən qorunmanın üç yolu vardır. Bunlardan birincisi
məsafədir. Mənbələrdən yayılan radiasiyanın şiddəti məsafənin kvadratı ilə tərs
mütənasib olduğundan mənbədən mümkün qədər uzaqlaşmaq ən yaxşı qorunma
yoludur.İkincisi zamandır. İnsanların məruz qalacaqları şüalanma dozasının
miqdarı radiasiya mənbəyinin yanında sərf edilən zamanla mütənasib olaraq
artdığından mənbə yaxınlığında qalma müddətini mümkün qədər azaltmaq
lazımdır.Xarici radiasiya təhlükəsindən qorunmanın üçüncü yolu qoruyucu
sədlərdir. Təhlükədən qorunmaq üçün müvafiq sədlərin arxasına sığınmaq
lazımdır.Müxtəlif maddələrin şüalanmanın doza gücünü azaltma qabiliyyətləri
müxtəlifdir. Məsələn, qamma-şüalanmadan ən yaxşı qorunma səddi qurğuşun, polad
və betondur.Radioaktiv mənbələrin açıq şəkildə istifadəsi və daşınması yol
verilməzdir.
Комментарии
Отправить комментарий